Antonio Rüdigerin Madrid "Real"ı ilə yeni müqavilə üzrə danışıqları dayandırılıb. Sport24.az xəbər verir ki, buna futbolçunun əzələ zədəsi səbəb olub.

 

Məlumata görə, futbolçu ilə klub arasında ilk danışıqlar bir neçə ay əvvəl başlayıb, maliyyə şərtləri artıq müzakirə olunub və tərəflər razılığa gəlməkdə maraqlı olduqlarını bildiriblər. Ancaq hazırda danışıqların dayandırılması məlumatı gündəmdədir.

 

Qeyd edək ki, 32 yaşlı alman müdafiəçinin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Alman müdafiəçi "kral klubu"nun heyətində Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub. Bu mövsüm isə o, zədə səbəbindən yalnız bir matçda iştirak edib.