Bukayo Saka "Arsenal"la yeni, müddəti 2030-cu ilə qədər nəzərdə tutulmuş müqavilə imzalamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər danışıqların son mərhələsinə çatıblar. Maliyyə detalları açıqlanmasa da, yeni müqavilədə oyunçunun maaşının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, 24 yaşlı ingilisin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu mövsüm Saka bütün turnirlərdə 14 oyunda iştirak edib və 6 qol vurub. "Transfermarkt" potalı futbolçunun dəyərini 140 milyon avro qiymətləndirir.