"Aston Villa" icarə əsasında "Nottinghem Forest"də oynayan və "Yuventus"a məxsus olan Duqlas Luisi yenidən heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, "Aston Villa" Duqlas Luis üçün geridönüş üzərində "Yuventus"la icarə anlaşması üzrə danışıqlar aparır. Brazilyalı futbolçu bu transferə razıdır və Birmingem təmsilçisində oynamaqda istəklidir.

Qeyd edək ki, Duqlas Luis indiyədək "Nottingem Forest"in heyətində bütün turnirlərdə 14 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.