Nigeriya millisinin futbolçusu Səlim Faqo Lavalın "Qarabağ"a transferi baş tutmayıb. Sport24.az-ın məlumatına görə, "Qarabağ"ın 23 yaşlı hücumçu üçün təklif etdiyi məbləğ onun çıxış etdiyi Xorvatiyanın "İstra" klubunu razı salmayıb.

Xorvatlar afrikalı forvarda görə təxminən 2 milyon avrodan çox ödəniş tələb ediblər.

Afrika mətbuatı oyunçunun Çexiyanın "Viktoriya" klubuna keçəcəyini yazıb. İddiaya görə bu transfer Plzen təmsilçisinə 3 milyon avroya başa gələcək.

Qeyd edək ki, Səlim Faqo Laval ötən ilin sonunda Nigeriya millisində debüt edib.