"Nottingem Forest" müdafiəçi Matias Oliveyra üçün "Napoli"yə rəsmi təklif göndərib. Spoet24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Neapol təmsilçisi "Fiorentina"dan Nikola Fortini transfer edəcəyi təqdirdə, 28 yaşlı uruqvaylı futbolçunu satmağa hazırdır.
Qeyd edək ki, Matias Oliveyra bu mövsüm bütün turnirlərdə "Napoli"nin heyətində 18 oyunda meydana çıxıb. "Transfermarkt"ın məlumatına görə, müdafiəçinin transfer dəyəri 18 milyon avrodur.