"Səfərdə "Qarabağ"ı çətin oyun gözləyir". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq qapıçısı Fərhad Vəliyev deyib.
45 yaşlı veteran qolkiper UEFA Çempionlar Liqasında keçiriləcək "Liverpul" - "Qarabağ" oyunu ilə bağlı danışıb:
"Ayntraxt"la oyunda qazanılan qalibiyyət sürpriz deyildi. Oyundan öncə də, düşünürdüm ki, təmsilçimiz Almaniya klubuna qalib gələ bilər. Bir daha şahidi olduq ki, "Qarabağ" səfərdə də, evdə də güclü komandaları məğlub edə bilir".
"Qarabağ"ın sabiq qolkiperi "Liverpul"un dünyanın nəhəng klublarından biri olduğunu deyib:
"Rəqib qalib gəlib ilk "8-lik"də yerini möhkəmləndirmək istəyir. Nə qədər çətin olsa da, ümid edək ki, "Qarabağ" İngiltərədən də ən azı xalla geri dönəcək".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də olacaq.