"Özümü Türkiyə klubunda sınamaq istədim. Ona görə də, "Qaziantep"i seçdim". Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"dən Türkiyə təmsilçisi "Qaziantep"ə transfer olunan Azərbaycanın qadın futbolçulardan ibarət millisinin futbolçusu Coşqunə Əliyeva deyib.

23 yaşlı yarımmüdafiəçi yeni komandasına keçidi haqda fikirlərini bölüşüb:

"Komandanın Liqada çempion olmaq şansı çoxdur. Başqa klublardan təkliflərim yox idi. Türkiyə klubundan mənimlə əlaqə saxladılar, təklifi müsbət dəyərləndirdim. Daha əvvəl də bu ölkədə legioner həyatı yaşamışam. Çempionata uyğunlaşmaq kimi problemim olmayacaq. Ona görə seçim etmək elə də çətin deyildi. Yeni komandanın hədəflərinə çatması üçün çalışacam. Mən də komanda ilə çempionluq sevinci yaşamaq istəyirəm".

Qeyd edək ki, son olaraq "Neftçi"də çıxış edən Coşqunə Əliyeva karyerası ərzində qardaş ölkədə "Karadeniz Ereğli Belediyespor" və "Keçiburnuspor"un da formasını geyinib.