Corcina Rodrigezs komanda ilə məşq etmədiyi günlərdə Kriştiano Ronaldonun gündəlik həyatı barədə danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə Portuqaliya mətbuatına açıqlama verib:

 

"O, səhər saat 6-da oyanır və dərhal bir neçə idman hərəkəti edir. Səhər çoxlu su içir, çünki günə güclü və sağlam başlamağın vacib olduğuna inanır.

 

Daha sonra o, bir saat yarım dincəlir, səhər yeməyi yeyir. Menyuda meyvə, kəsmik və yumurta yer alır. Sonra idman zalına qayıdır və orada dincəlməzdən əvvəl iki saat məşq edir. Günortadan sonra ailəsi və ya dostları ilə dincəlir. Nəhayət, yatmazdan əvvəl üzməyə gedir və bunun yuxudan əvvəl yaxşı bir məşq olduğuna inanır".