"İmişli"nin fasilə dönəmində baxışa çağırdığı futbolçulardan daha biri müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Premyer Liqa təmsilçisi Qambiyanın "Brikama Yunayted" komandasından Abubakar Jarjunu sınaqdan keçirib.

Yarımmüdafiəçi hətta əsas komanda ilə məşqə də çıxıb.

Baş məşqçinin, rəhbərliyin oyunçu ilə bağlı hansı qərarı verəcəyi gözlənilir. Lakin ilkin rəyə əsasən, baş məşqçi Jorj Kaşkilya oyunçudan razı qalmayıb.

Qeyd edək ki, "İmişli" qışda kolumbiyalı oyunçuları da baxışa çağırmışdı.