Vinisius Junior "Real" rəhbərliyinə aprelə qədər yeni müqavilə ilə bağlı məsələyə aydınlıq gəlməyəcəyi halda klubdan gedəcəyini bildirib. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, PSJ braziliyalı hücumçuya böyük maraq göstərir. Fransa nəhənginin Vinisiusa 30 milyon avro maaş təklif edəcəyi bildirilir.

 

Qeyd edək ki, Vinisius 45 milyon avro qarşılığında 2018-ci ildə "Flamenqo"dan "Real"a keçib. O, bu mövsüm Madrid klubunun heyətində 31 oyunda meydana çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun "Real" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.