Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda və yaxın ərazilərdə baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlərə dəstək olmaq üçün Super Liqada forma geyinmiş braziliyalı futbolçular sosial media üzərində bir araya gəliblər. Sport24.az xəbər verir ki, Elano Blumer, Roberto karlos, Musa Sou, Bobo, Lusiano, Qustavo, Andre Santos, Mehmet Aurelio, İvan de Souza, Uillian Arao, Holosko, Adriano Korreya və Beto sosial mediada canlı yayımla dəstəklərini nümayiş etdiriblər. Aleks de Souza, Taffarel, Ziko, Uilliyan və Filipe Koutinyo isə göndərdikləri videolarla dəstək olmağa çalışıblar.

Jozef de Souza, Mert Nobre və Sokrates canlı yayımlar zamanı faciədən zərər çəkənlər üçün yardım toplayıblar.

Yazılan mesajlardan sonra zəlzələdən xəbəri olduğunu söyləyən Josef de Souza bunları bildirib: "Ağlayaraq mesaj göndərdilər. Çox təsirləndim. Dünyanın hər yerində ola biləcək bir hadisədir. Əlimizdən gəldiyi qədər yardım etməliyik. Heç bir şey edə bilməmək insanı çox kədərləndirir. Bizim idmançı olaraq, maddi durumu yaxşı olan şəxslər olaraq ən yaxşısını etməyimiz lazımdır. Bura gələn hər kəs öz çərçivəsində köməklik etməyə çalışır. Heç bir maddi dəstək göstərə bilməyənlər dua etsinlər. Ancaq yığılan məbləğin miqdarını deyə bilmərik".


Birlikdə bu çətinliyin də öhdəsindən gəlinə biləcəyini bildirən Mərt Nobre bunları deyib: "Həqiqətən acımız çox böyükdür. İlk olaraq yayıma qatılaraq dəstək olacaq şəxslərə təşəkkür edirəm. Birlikdə bu çətinliyi də geridə qoyacağımıza inanıram". Hep beraber bu durumun üstünden geleceğimize inanıyorum şeklinde konuştu.

Baş verən hadisələrdən kədərləndiyini deyən Roberto Karlos fikirlərini bu cür ifadə edib: "Hər kəsə baş sağlığı verirəm! Dünyada bu cür kədərləndiyimiz hadisələr olur. Türkiyə mənə həmişə xoş rəftar göstərib. Onlardan inanclı olmalarını diləyirəm. Hər kəs yarıma davam etsin. Dünya Türkiyəni sevir. Bir çox ölkə yardımlarını göndərir. Yaranan vəziyyət bizi çox kədərləndirir".

Vaxtilə "Fənərbağça"da çıxış etdim Musa Sou hadisəni eşitdiyində şoka düşdüyünü deyib: "Xəbəri öyrənəndə şoka düşdüm. Yalnız Türkiyə üçün deyil, hər kəs üçün çətin vəziyyətdir. Türkiyənin necə çətinlik yaşadığını gördük. Xüsusilə orada zərərçəkənlərə bir az daha dəstək olmaq lazımdır. Hazırda edilə biləcək tək şey kömək əlini uzatmaqdır. Hər kəsi insanları isidəcək nə varsa, Türkiyəyə göndərməyə çağırıram".

"Hər kəsə səbr diləyirəm. Ediləcək yardımlar çox vacibdir. Təəssüf edirəm. Bu vəziyyətdə olmağı təxmin edə bilmirəm. Braziliyadan hər kəsə səbr diləyirəm" - deyə, Aleks de Souza bildirib.

Sabiq komanda yoldaşı Gökhan Zanın paylaşdığı videonu görərək kədərləndiyini bildirən Bobo bunları deyib: "Türk xalqı mənim üçün çox önəmlidir. Gökhanı görürəm və çox kədərləndirirəm. Xəbərlər çox pisdir. Nələr edilə biləcəyi ilə bağlı paylaşımlar etmişəm. Oradan dəstək ola bilərsiniz. Çətin anlar yaşanır. Türklər güclü xalqdır və onlara dəstək olmalıyıq".

Qustavo Henrike kədərverici anların yaşandığını söyləyib: "Təəssüf edirəm. 6 aydır ki, buradayam. Türklər xalq olaraq Braziliyaya oxşayır. Xəbərləri izləyirik. Futbolçular və texniki heyət üzvlərindən dağıntılar altda qalanlar var. Çox çətin anlardır. Kömək üçün linklər paylaşmışam və ümid edirəm ki, yardımlar olacaq. Bu kampaniyaya qoşulmaq mənim üçün şərəfdir. Türkiyə və Suriyada baş verənlər səbəbindən bütün Dünya birləşməlidir".