İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brayton"dan Joao Pedronu transfer edib. 

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Çelsi" braziliyalı forvard üçün onun klubuna 55+5 milyon funt-sterlinq təzminat ödəyəcək. 23 yaşlı hücumçu ilə 2033-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Brayton" Joao Pedronu 2023-cü ilin yayında "Uotford"dan transfer etmişdi. Braziliya millisinin üzvü ötən mövsüm "qağayılar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.