18 yaşadək oğlanlar çimərlik voleybolu üzrə Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında çıxışını yekunlaşdırıb. Sport24.az xəbər verir ki, Latviyanın Tsesis şəhərində təşkil olunan yarışda İbrahim Məmmədov - Muhəmməd Aslanlı cütlüyü 5-ci yeri tutub.

 

Komandamız qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.

 

Qeyd edək ki, turnirdə ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub. Qız voleybolçularımız qrup mərhələsində mübarizəni dayandırıb.