"Kəpəz"dən ayrılan Rauf Hüseynli bir neçə klubla danışıq aparır. 25 yaşlı futbolçu bu barədə Sport24.az-a açıqlama verib:
"Kəpəz"lə şərtlərdə anlaşa bilmədik. Ona görə ayrıldıq. "Kəpəz"in Premyer Liqada qalmasında mənim də rolum olub. Məni niyə saxlamadılar? Bunun cavabı Adil Şükürovdadı. Premyer Liqa klublarının bir neçəsi ilə danışıqlar gedir. Hələ ki, rəsmiləşməyib. Gözləyirik".
Qeyd edək ki, Hüseynli ötən mövsüm "Kəpəz"in heyətində 27 oyuna çıxıb.