"Liverpul"un və Portuqaliya yığmasının hücumçusu Dioqo Jota və qardaşı Andre Silvanın sürdüyü "Lamborcini" təkərinin partlaması nəticəsində idarəetməni itirib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

 

Futbolçu ötmə hərəkəti edərkən təkər partlayıb. Bundan sonra "Lamborcini" sürüşərək xəndəyə düşüb və alovlanıb.

 

Qeyd edək ki, qəza A-52 magistralının 65-ci kilometrliyində, İspaniyanın Zamora əyalətinin Palasios de Sanabria bələdiyyəsi ərazisində baş verib. Jota və Silva hadisə yerində ölüblər.