Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "bayquşlar" Macarıstan təmsilçisi "Pakş"la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında Rumıniya "Rapid"i ilə qarşılaşıb və görüş 2:2 hesabı ilə başa çatıb.