Batumidə keçiriləcək Dünya kubokunun ilk mərhələsində Azərbaycan şahmatçılarının oyunlarının sırası müəyyənləşib. Sport24.az xəbər verir ki, Gövhər Beydullayeva Anahita Zahedifar (İran) ilə, Ülviyyə Fətəliyeva isə Jilinq Janqla (Avstraliya) qarşılaşmalara ağ fiqurlarla başlayacaqlar.

 

İyulun 6-dakı oyunlarda onlar ilk gedişi etmək hüququ qazanacaqlar, ertəsi gün isə qara fiqurlarla oynayacaqlar.

 

Xanım Balacayeva Elnaz Kaliaxmet (Qazaxıstan), Gülnar Məmmədova isə Yunşan Li (Çin) ilə görüşlərə qara fiqurlarla başlayacaqlar, növbəti gün isə ağ fiqurlarla oynayacaqlar.

 

İştirakçılara hər mərhələ üçün üç gün vaxt verilir: əvvəlcə rəng dəyişikliyi ilə klassik şahmatın iki oyunu, sonra isə lazım gələrsə, tay-breyk.

 

Qeyd edək ki, Dünya kubokunda ümumilikdə 107 şahmatçı iştirak edəcək ki, onlar təkcə birincilik uğrunda deyil, həm də İddiaçılar Turnirinə üç vəsiqə uğrunda mübarizə aparacaqlar.