"Şəfa" yeddi futbolçusu ilə yollarını ayırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vaqif Şirinbəyov, Tural Nərimanov, Güləli Mehraliyev, Bəxtiyar Soltanov, Ülvi Quliyev, Rauf Məhərrəmov, Muhamməd Məmmədovun başa çatan müqavilələri yenilənməyib.
Qeyd edək ki, ötən mövsüm II Liqada çıxış edən "Şəfa" I Liqa 71 xalla ikinci yeri tutaraq I Liqaya vəsiqə qazanıb.