Azərbaycan cüdo yığmasının Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turniri üçün ilkin heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, Dünya Cüdo Turu yarışına üç idmançı - Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Elşən Əsədov (66 kq) yollanacaq.

 

Adıçəkilən idmançılar artıq mövsüm ərzində "Böyük Dəbilqə" turnirlərində fərqləniblər. Ağayev Düşənbədə qalib gəlib, Bayramov Daşkənddə gümüş medal qazanıb, Əsədov isə Bakıda üçüncü olub.

 

Qeyd edək ki, artıq 22 ölkədən komandalar iyulun 25-27-də keçiriləcək turnirdə iştirak üçün müraciət edib.