AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçiları üçün kurs keçirilir. Sport24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

 

Kursun ilk günündə iştirak edən AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirakçılara uğurlar arzulayıb.

 

Qeyd edək ki, kursa iyulun 4-də yekun vurulacaq.