"Bavariya"nın 35 yaşlı hücumçusu Tomas Müller müasir futbolda transfer qiymətlərini tənqid edərək, onları şişirdilmiş və absurd adlandırıb. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə CBS-ə müsahibəsində danışıb:

 

"150 milyon avro nədir? Bu, sadəcə, klublar arasında aparılan danışıqlarda rəqəmdir. 150 milyonun nə demək olduğunu kim başa düşə bilər? Bu pula Neymarı ala bilməzsən, amma çoxlu sayda ağac əkmək olar. Bu məbləği obyektiv olaraq necə qiymətləndirirsiz? 150 milyonla çox faydalı işlər görə bilərsiniz".

 

Qeyd edək ki, hazırkı transfer rekordu braziliyalı Neymara məxsusdur. PSJ 2017-ci ildə onun transferi üçün "Barselona"ya 222 milyon avro ödəmişdi.