"Napoli" "Bolonya"nın müdafiəçisi Sem Bekemanı transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Bolonya" 26 yaşlı niderlandlının transferi üçün 30 milyon avro tələb edir.

 

Qeyd edək ki, Bekema 2024/25 mövsümündə "Bolonya"nın heyətində bütün turnirlərdə 47 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.