"Qəbələ" klubu heyətinə yeni legioner futbolçu qatır. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
"Qırmızı-qaralar" axtardığı oyunçunu Syerra-Leonedə tapıb.
Ötən mövsüm I Liqada çempion olan bölgə təmsilçisi "Mighty Blekpul" klubundan hücumçu Süleyman Kontehi transfer edir. Afrikalı forvard artıq ötən gün Azərbaycana yola düşüb.