Boka Xuniors"un baş məşqçisi Migel Anxel Russo vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
"Boka"nın baş məşqçisi vəzifəsini icra edən argentinalı məşqçi səhhətində yaranan problemlərə görə həftəiçi xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, 69 yaşlı mütəxəssis bütün futbolçu karyerasını "Estudiantes"də keçirib və 418 matçda meydana çıxıb. 1989-cu ildə məşqçiliyə başlayıb və karyerası ərzində "Lanus" "Velez", "San Loresno", "Əl-Nəsr", "Estudiantes" və "Boka Xuniors" kimi klublarda çalışıb.