Müdafiəçi Junior Firpo "Betis"lə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı dominikanlı ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçu İspaniya təmsilçisinə azad agent kimi qoşulub.

 

Qeyd edək ki, "Barselona"dan transfer olunan Firpo 2021-ci ildən "Lids"in formasını geyinib. O, 2024/25 mövsümündə 35 oyun keçirib, 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.