Türkiyənin "Beşiktaş" klubu Braziliya təmsilçisi "Flamenqo"da çıxış edən futbolçu Everton Soaresi heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, "qara qartallar" 29 yaşlı vinger üçün yanvarda danışıqlara başlayacaq.
A Seriyası təmsilçisinin oyunçunun satışına razı ola biləcəyi də vurğulanıb.
Qeyd edək ki, Everton Soares 2022-ci ildən "Flamenqo"da çıxış edir. O, Braziliya millisinin heyətində 25 oyun keçirib.