"Şaxtyor"un hücumameyilli yarımmüdafiəçisi Georgi Sudakov "Benfika"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Record" məlumat paylaşıb.

 

Portuqaliya klubu kreativ hücumameyilli oyunçu axtarışlarını davam etdirir və variantlardan biri də 22 yaşlı Sudakovdur. "Benfika" rəhbərliyi Georginin "10 nömrə" kimi çıxışını yüksək qiymətləndirir.

 

Kərəm Aktürkoğlunun "Fənərbaxça"ya transferindən sonra "qartallar"ın transfer siyahısında başqa adlar olsa da, prioritet məhz ukraynalıdır.

 

Qeyd edək ki, Georgi bu mövsüm "Şaxtyor"un heyətində 9 oyunda 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 32 milyon avro olaraq qiymətləndirir.