"Barselona"nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui "Real" azarkeşlərinin oğlunu tənqid etməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, "sport.es" saytına danışan Munir bunları deyib:
"Lamin tək "Barselona"nın deyil, həm də milli komandanın üzvüdür. Belə gənc yaşda 100 oyuna çıxmış bir oğlanı tərifləməliyik. İnsanların onun haqqında pis danışmasını xoşlamıram. Onu tənqid etməyə ehtiyac yoxdur".
Yamal bu mövsüm 49 oyunda 15 qol vurub, 24 məhsuldar ötürmə edib.