"Barselona"nın futbolçusu Ronald Arauxo karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Bavariya" uruqvaylı müdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə "Sport.es" saytı məlumat yayıb.

 

Ronaldın sərbəstqalma məbləği 65 milyon avrodur. "Bavariya" bundan istifadə etməklə onu sıralarına qatmaq istəyir.

 

Arauxo bu mövsüm 20 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.