"Arsenal"ın qapıçısı David Raya Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə evdə məğlubiyyəti şərh edib. Sport24.az xəbər verir ki, ispan qapıçı səfər görüşünə qalibiyyət üçün yollanacaqlarını bildirib:
"PSJ çox erkən qol vurdu. İlk 15 dəqiqədə onlar üstünlük təşkil edirdi, amma ondan sonra düşünürəm ki, biz oyunda üstünlük qazanmışdıq. Bir neçə dəfə qol vura bilərdik. Amma Canluici Donnarumma bir neçə parlaq seyv etdi. Onların topa çox sahib olduqlarını bilirik. PSJ bu işdə çox bacarıqlıdırlar. Onların şansı oldu və qol vurdular. Bizim də qol imkanlarımız oldu, amma alınmadı. Matçın 25-ci dəqiqəsindən nümayiş etdirdik ki, istənilən komandaya qalib gələ bilərik. Qarşıdakı həftə Parisə qələbə üçün yollanacağıq".