"Liverpul"un yay transfer dönəmində əsas hədəfi məlum olub. Sport24.az xəbər verir ki, Mersisayd təmsilçisi "Nyukasl"dan Aleksander İsakı heyətinə qatmaq istəyir.

 

Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

 

"Nyukasl" isveçli hücumçu üçün azı 144 milyon avro tələb edir. "Liverpul" transfer üçün bu məbləği ödəməyə hazırdır.

 

Daha əvvəl İsakın "Nyukasl"ın yeni müqavilə təklifini rədd etdiyi bildirilib.