"Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand "Real"ın türk oyunçusu Arda Gülere dəstək olub. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Ferdinand Madrid klubunun rəsmilərinə komandada kifayət qədər oyun şansı almayan Arda Gülerlə bağlı müraciət edib:
"Arda Güler... "Real"ın bir problemi var. Toni Kroos karyerasını başa vurdu. Luka Modriç cavanlaşmayacaq. "Real"ın nəzarətçiyə, manipulyatora, ritm yaradacaq bir futbolçuya ehtiyacı var. Komanda əla futbolçulara sahibdir. Amma bu vacib komponentlərdən məhrumdurlar. Arda gəncdir, fiziki baxımdan çox inkişaf edə bilər. Amma bəzi futbolçular kimi onun da xüsusi bir inkişafa ehtiyacı yoxdur (Modriç, Kroos, İnyesta, Skoulz və başqaları). Əgər Arda Gülerə zaman verilərsə və ətrafında düzgün struktur qurularsa, komandanın ehtiyacı olan ritmi və nəzarəti təmin edə bilər".
Qeyd edək ki, Arda 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, cari mövsüm 37 matça iştirak edib, 4 qol vurub və 8 qolun ötürməsini verib. 20 yaşlı yarımmüdafiəçi bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb.