"Turan Tovuz"da bütün müdafiəçilər sıradan çıxıb. Buna görə də məşqçilər heyəti məcburiyyətdən əsaslı dəyişiklik etməyə məcbur oldular. Komanda nizamını itirdi". 

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin üzvü Yaşar Sultanov deyib.

 

Sultanov klubun baş məşqçisi Kurban Berdiyevə şans vermək lazım olduğunu deyib.

 

"Yaxın zamanda hər biri arxada qalacaq. Klubun məşqçilər və futbolçu heyəti cəmi 8 aydır toplanıblar. Yəni, baş məşqçi Kurban Berdıyevə güvənmək, şans vermək lazımdır. Ehtiram müəllim özü də açıqlama verdi ki, komanda gələcəyə hədəflənib. Kimsə klubu bu gün götürüb, sabah avrokuboklara vəsiqə istəyirsə, düzgün deyil. Qarşıda "Zirə" ilə ağır oyun var. Təcrübə göstərir ki, "Turan Tovuz" təbii ot örtüyündə daha uğurlu çıxış edir".

 

Qeyd edək ki, "Boz qurdlar" Misli Premyer Liqasının 32-ci turundan sonra 49 xalla 4-cü pillədədir.