Futbol üzrə Azərbaycan II Liqasında 600-cü qol vurulub.  Sport24.az-ın araşdırmasına görə, yubiley topu 23-cü turdakı "Sheki City" - "Kür-Araz" matçına təsadüf edib. 

 

Qarşılaşma Şəki təmsilçisinin 8:4 hesablı qələbəsi ilə bitib. 

 

İmişli klubunun müdafiəçisi İlkin Hüseynlinin 33-cü dəqiqədə vurduğu top II Liqada 600-cü kimi tarixə düşüb. 

 

Qeyd edək ki, hələlik çempionatda 607 qol qeydə alınıb.