Futbol üzrə Polşa çempionatında 20-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" səfərdə "Korona"nın qonağı olacaq. 

 

Azərbaycanlı futbolçu bu görüşdə Polşa çempionatında debüt edə bilər.

 

Qeyd edək ki, Rahil Məmmədov ötən ay "Qarabağ"dan "LSK Lodz"a keçib. 28 yaşlı mərkəz müdafiəçisi Polşa klubu ilə 1,5 illik müqavilə imzalayıb.