İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xose Maria Bartomeunun adı qalmaqalda hallanır. Sport24.az xəbər verir ki, yerli "AS" nəşri sabiq prezidenti rüşbət verməkdə ittiham edib.

"Barselona" 2016-2018 illərində İspaniya Hakimlər Birliyinin rəhbərinin köməkçisi Enrike Neqreyraya məxsus "Dasnil 95 SL" adlı şirkətə 1.4 milyon avro pul ödəyib.

"Ser kataloniya" radiosu yerli prokurorliq mənbələrinə istinadən vergi yoxlamasının başlandığını və Neqreyra ilə oğlunun ifadə verdiyini açıqlayıb. Neqreyra prokurorluğa verdiyi ifadədə bu məbləğin klubun futbolçuları üçün hakimlər tərəfindən keçirilən seminarlara görə ödənildiyini deyib.