FİFA “Barselona”ya kompensasiya ödəyəcək. Sport24.az xəbər verir ki, Kataloniya klubu İspaniya millisində olduğu vaxt zədələnən Qavi üçün böyük məbləğdə vəsait alacaq.

Qavi AVRO-2024-ün seçmə mərhələsinin X turunun Gürcüstanla matçında xəsarət alıb. Klubların müdafiəsi proqramı çərçivəsində “Barselona”ya ödəniləcək vəsait zədədən 28 gün sonra hesablanmağa başlayacaq. Klub hər gün üçün 20 min 548 avro kompensasiya alacaq.

İlkin təxminlərə görə, Qavi 6-8 ay meydanlardan kənar qala bilər. Dekabrın 16-dan hesablanacaq vəsait 3 milyon 82 min 200 avrodan 4 milyon 315 min 80 avroya qədər təşkil edə bilər.

Qeyd edək ki, İspaniya Gürcüstana 3:1 hesabı ilə qalib gəlib.