"Barselona" "Liverpul"un hücumçuları Məhəmməd Salah və Luis Diası diqqətdə saxlayır. Yayda heyətdə əsaslı dəyişiklik etməyə hazırlaşan katalonlar bu futbolçuları "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" portalı məlumat yayıb.

 

Bildirilir ki, Kataloniya təmsilçisi əvvəlcə kolumbiyalı futbolçunun alınmasına üstünlük verib. "Barselona"nın idman direktoru Dekonun fikirincə, Diasın səviyyəsi indiki komandaya tam uyğundur.

 

Bununla belə, hazırda Kataloniya klubu Salahın xeyrinə seçim etməyi düşünür. Çünki Diasdan fərqli, misirli futbolçunun "Liverpul"la müqaviləsi cari mövsümün sonunda başa çatır. Və onu təzminatsız İspaniyaya gətirmək mümkündür.