"Liverpul"un keçmiş baş məşqçisi Arne Slot, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun marağına baxmayaraq, karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbəyə görə, 47 yaşlı mütəxəssis Ciddə klubunda Mattias Yaysslenin yerinə əsas namizəddir. Lakin Slot özü Avropa futboluna qayıtmağı düşünür. "Liverpul"dan ayrıldıqdan sonra İngiltərə, Almaniya və İtaliya komandaları məşqçi ilə maraqlanıblar.
Qeyd edək ki, Slot mayda son iki mövsümdə çalışdığı "Liverpul"dan ayrılıb. İngilis klubu onun rəhbərliyi altında Premyer Liqanı qazanıb.