"Barselona"nın yarımmüdafiəçisi Qavi zədə səbəbindən altı həftəyə qədər meydandan kənarda qala bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 21 yaşlı ispaniyalının sağ dizində problemlər var. Lakin bu, onun 2023-cü ildə keçirdiyi çarpaz bağın qırılmasının təkrarlanması deyil. Oyunçu konservativ müalicə alacaq və vəziyyətini daha dəqiq qiymətləndirmək üçün gələn həftə əlavə tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Qavi cari mövsümdə La Liqada 2 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb