Fransa millisinin və "Barselona"nın müdafiəçisi Jül Kunde İngiltərə Premyer Liqasında çıxış edə bilər. Sport24.az xəbər verir ki, "Arsenal" futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.
London klubunun rəhbərliyi bu transfer üçün hətta 75 milyon ödəməyə hazırdır. Tərəflər razılığa gələcəyi təqdirdə, 26 yaşlı arxa xətt oyunçusunun keçidi reallaşacaq.
Qeyd edək ki, J.Kundenin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Onun dəyəri 60 milyon avro qiymətləndirilir. Müdafiəçi cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 49 oyunda 3 qol və 8 məhsuldar ötürmə müəllifi olub.