"Barselona"nın braziliyalı hücumçusu Rafinya sevgilisi Nataliya Rodrigesə sürpriz edib. Sport24.az xəbər verir ki, Nataliya bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib:
"O, mənə zəng etdi və qarajdan bir şey götürməyimi istədi. Ora çatanda məni artıq maşın gözləyirdi".
Qeyd edək ki, forvard sevgilisinə qiyməti 100 min avrodan baha olan "Range Rover Vogue" hədiyyə edib.