İspaniyanın "Barselona" klubunun daha bir futbolçusu La Liqanın X turunda "Real"a qarşı oyunu buraxa bilər. Sport24.az xəbər verir ki, Frenki de Yonq Kataloniya təmsilçisinin məşqini erkən tərk etməli olub.

 

Səhhətində problem olan yarımmüdafiəçinin növbəti matçda iştirakı sual altındadır.

 

"Barselona"da Mark-Andre ter Ştegen, Joan Qarsiya, Dani Olmo və Qavi zədəlidir. Rafinyanın isə növbəti həftəsonu yaşıl meydanlara qayıdacağı gözlənilir.

 

Qeyd edək ki, "Real" - "Barselona" matçı oktyabrın 26-da, Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.