"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik 18 yaşlı Pedro Fernandesin əsas komanda ilə məşq etməsini qadağan edib. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Kataloniya təmsilçisinin kapitanları bu məsələni Fliklə müzakirə ediblər və yarımmüdafiəçi artıq "Barselona"nın məşq mərkəzində fərdi şəkildə məşq edə bilər.

 

Qeyd edək ki, yerli mətbuat Fernandesin yaxın günlərdə PSJ-yə transfer olunacağı barədə xəbərlər paylaşıb.