Dortmund "Borussiya"sının vingeri Kərim Adeyemi yaxın günlərdə "Barselona"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Jerar Romero "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, hazırda transferlə bağlı iki klub arasında danışıqlar davam edir. 

 

Kataloniya klubunun baş məşqçisi Hansi Flik artıq alman futbolçunun keçidini təsdiqləyib. Adeyemi özü isə bu yay "Barselona"ya keçməyi düşünür.

 

Qeyd edək ki, 24 yaşlı futbolçunun "Borussiya" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.