"Barselona" "Hoffenhaym"ın hücumçusu Fisnik Asllani transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə İnsayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Kataloniya klubunun skautları alman klubunun bombardirini yaxından izləyir və onun müqaviləsindəki sərbəst buraxılma bəndindən xəbərdardır. Bu katalonlara gələn yay onu transfer etməyə imkan verir.

 

Berlində doğulan Kosovo millisinun futbolçusu daha əvvəl etiraf etmişdi ki, "Barselona"da oynamaq arzusundadır.

 

Qeyd edək ki, forvard bu mövsüm Bundesliqada 6 matçda meydana çıxıb və 4 qol vurub.