Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-prisində iki qızıl medal qazanıblar. Sport24.az xəbər verir ki, Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar.

 

Digər cüdoçumuz Əhməd Yusifov (-60 kq) isə üçüncü yer uğrunda görüşdə fransalı Enzo Janı məğlub edərək bürünc medala yiyələnib.

 

Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası da sosial şəbəkə hesabındakı paylaşımında cüdoçularımızı təbrik edib.