"Real" hücumçusu Endriki icarəyə vermək istəyir. Sport24.az xəbər verir ki, "kral klubu" braziliyalı futbolçunu yanvar ayında icarəyə verəcək.

 

Bu barədə "Team Talk" məlumat yayıb.

 

Madrid təmsilçisi 19 yaşlı forvardı daha çox forma şansı qazana biləcəyi bir kluba göndərəcək. Gənc oyunçunun xidmətində Avropanın bir çox klubu maraqlıdır.

 

Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.