"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Lion" polşalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir.

 

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Liqa 1 klubu Şimanski üçün noyabr ayında İstanbul nəhənginə təklif göndərməyi planlaşdırır. 26 yaşlı oyunçu özü "Lion"a keçməyə isti yanaşır.

 

Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva "Dinamo"sundan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.