Azərbaycan Basketbol Liqasının III turunda "Sabah" "Şəki" ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən A qrupunun görüşündə Bakı təmsilçisi rəqibini 85:66 hesabı ilə məğlub edib.
Bu gün III turda daha bir matç oynanılacaq. "Sumqayıt" eyni məkanda "Quba" ilə görüşəcək.
Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" isə "Sərhədçi"ni (85:73) üstələyib.